AFFA 3 komandada yaş limitinin pozulması hallarını aşkarladı

AFFA 3 komandada yaş limitinin pozulması hallarını aşkarladı
AFFA İntizam Komitəsi aşağı yaş qrupları üzrə liqalarda ötən turun oyunlarından sonra 5 komandaya texniki məğlubiyyət verilməsi ilə bağlı qərar çıxarıb.
Fanat.Az xəbər verir ki, U-10 Liqasında Yevlax UGİM-i ilə matçda heyətində yetərsay olmayan Ağdaş UGİM-ə 0:3 hesablı texniki məğlubiyyət verilib. "Kürdəmir Gİİ” isə "Çərəkə” (Göyçay) ilə görüşə gəlmədiyi üçün analoji cəza ilə üzləşib.
U-13 qızlar liqasında "Fidan” "Keşlə” ilə, "Zaqatala” Qax UGİM-lə, "Xan Lənkəran” isə İsmayıllı UGİM-lə oyunda yaş limitini pozduğuna görə 0:3 hesablı texniki məğlubiyyət alıb. 
Qeyd edək ki, AFFA İntizam Komitəsi I Divizionun VIII turunda "Neftçi -2" ilə səfər matçında limiti pozduğu üçün "Səbail-2" komandasına da texniki məğlubiyyət verib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər