AFFA 13 yaşlı qızı təhqir edən baş məşqçiyə 3 oyun cəza verdi

AFFA 13 yaşlı qızı təhqir edən baş məşqçiyə 3 oyun cəza verdi
AFFA İntizam Komitəsi aşağı yaşlı futbolçuların çıxış etdikləri liqalarda təhqiramiz ifadələr işlədən şəxslərin cəzalarını açıqlayıb.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, U-14 liqasında Beyləqanın "Bahar Gİİ" və Ağcabədinin UGİM kollektivlərinin matçında müvafiq olaraq komandaların baş məşqçiləri Xudaverdi Tumasov və Namiq Quliyev bir-birilərini söyüb. Bu səbəbdən, hər iki mütəxəssisə 3 oyunluq cəza verilib.
U-13 liqasında "Keşlə"nin baş məşqçisi Xəyyam Bəkirov "Zirə" ilə görüşdə hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb. Eyni cəza U-15 liqasındakı "İsgəndər Cavadov BFA” komandasının baş məşqçisi Elşən Ələskərova da verilib. O, "Qarabağ"la dueldə hakimə qarşı nalayiq ifadələr işlədib.
U-13 qızlar liqasında "Fidan"ın baş məşqçisi Yavər Rəhimov "8 №-li RİOEUGİM” kollektivi ilə görüşdə rəqib komandanın futbolçusunu təhqir etdiyi üçün 3 matçlıq cəza ilə üzləşib. U-17 liqasında "İsgəndər Cavadov BFA”nın futbolçusu Əhməd İbadov hakimə qarşı təhqiredici ifadələrə görə 4 oyunluq cəza alıb. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər