Çempionlar Liqasında "Çelsi" i lə qarşılaşacaq "Qalatasaray"la bağlı daha bir transfer xəbəri yayılıb. Fanat.az xəbər verir ki, İstanbul klubunun İbrahima Afellayı transfer etmək istədiyi deyilir.
Məlumat görə, təxminən 11 aylıq zədədən sonra ötən ayın sonlarında məşqlərə başlayan "Barselona"nın holland ulduzuna təklif göndərilib. Qeyd olunur ki, İspaniya klubu Afellayı icarəyə vermək istəyir və "Qalatasaray" da bu təkliflə razıdı.
Qeyd edək ki, Affelay "Barselona"dan əvvəl PSV-nin formasını geyinib. Ötən mövsüm "Şalke 04"ə icarəyə verilən futbolçu Hollandiya yığmasında 44 oyun keçirib və 5 qol vurub.
Fanat.az