Adil Şükürov "Qəbələ" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Zirə"nin baş məşqçisi bunları deyib:
“Qəbələ” kimi komandaya qalib gəldiyimiz üçün sevincliyik. Bura kimi gəlib bizə dəstək olan azarkeşlərimizə təşəkkür edirik. 1:5 hesablı məğlubiyyətdən sonra komandanı çətinliklə də olsa, toparladıq. Bu da öz nəticəsini verdi. Eyni rəqiblə qısa müddət ərzində ardıcıl oynayanda səhvləri və boşluqları daha aydın görmək olur. Biz də bundan istifadə etdik.
Biz axıra qədər mübarizə aparacağıq, ancaq əsas hədəfimiz komanda qurmaqdı. İstəyimiz bu gün özünü doğruldur və bu, bizim birgə işimizdi. Avrokuboklara çıxa bilsək, daha yaxşı olacaq. Komandada zədəlilərimiz çox idi, oyunçularımız qayıtdıqca komanda daha yaxşı oyun göstərəcək, üstəlik onu da qeyd edək ki, böyükhesablı məğlubiyyət bizim üçün əsl motivasiya idi. Bunun üçün rəqibə təşəkkür edirəm”.(“CBC Sport”)
Fanat.az