"Abşeron" və "Azərreyl"dən qələbə

"Abşeron" və "Azərreyl"dən qələbə

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında VIII turun oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan turun ilk matçında "Abşeron" "Murov" üzərində inamlı qələbə qazanıb - 3:0.

Digər görüşdə isə "Azerreyl" UNEC-i 3:1 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra xalını 24-ə çatdıran "Abşeron" liderliyini möhkəmləndirib. 14 xalı olan "Azerreyl" ikinci, 6 xala malik "Murov" üçüncüdür. Autsayder UNEC-in isə 4 xalı var.

Super Liqa VIII tur 16:00. "Murov" - "Abşeron" 0:3 (17:25, 26:28, 20:25) 18:00. UNEC - "Azərreyl" 1:3 (18:25, 25:18, 22:25, 13:25)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər