"Abşeron" "Murov"a, "Azərreyl" UNEC-ə qarşı

"Abşeron" "Murov"a, "Azərreyl" UNEC-ə qarşı

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin sonuncu oyunları keçiriləcək.

Fanat.Az xəbər verir ki, altıncı turun ilk qarşılaşması saat 16:00-da “Abşeron” – “Murov” komandaları arasında olacaq.

Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.

Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Hazırda "Abşeron" 15 xalla liderdir. 7 xalı olan "Azərreyl" ikinci, 6 xal hasil edən "Murov" üçüncüdür. Sonuncu yerdəki UNEC-in isə 2 xalı var.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər