"Abşeron" "Azərreyl"i, "Murov" UNEC-i yendi

"Abşeron" "Azərreyl"i, "Murov" UNEC-i yendi

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrənin növbəti oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, V tur çərçivəsində iki matç baş tutub.

Turun mərkəzi görüşündə liderlər üz-üzə gəlib. İtkisiz irəliləyən “Abşeron” ən yaxın izləyicisi “Azərreyl”i sınağa çəkib. Görüş birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Günə autsayderlərin qarşılaşması ilə yekun vurulub. Üçüncü pillədəki “Murov” UNEC-i "quru hesab"la yenərək "Azərreyl"lə xal fərqini 1-ə endirib.

Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayıb.

Super Liqa 8 fevral V tur

16:00. “Abşeron” - “Azərreyl” 3:1 (25:14, 25:17, 22:25, 25:21) Azərbaycan Voleybol Federasiyasının idman zalı

18:00. “Murov” – UNEC 3:0 (25:22, 25:16, 25:17) Azərbaycan Voleybol Federasiyasının idman zalı

Turnir cədvəli: "Abşeron" - 15 xal, "Azərreyl" - 7, "Murov" - 6, UNEC - 2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər