ABL: "Sabah"ın finaldakı rəqibi müəyyənləşir

ABL: "Sabah"ın finaldakı rəqibi müəyyənləşir

Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin son oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, NTD və "Gəncə" seriya çərçivəsində üçüncü oyununu keçirəcək. Görüş Bakıdakı “Sərhədçi” İdman Kompleksində baş tutacaq.

19:30. NTD - "Gəncə" (seriyanın hesabı - 1:1)

Qeyd edək ki, seriyanın ilk oyununda Bakıda NTD-yə qalib gələn "Gəncə" (101:73), daha sonra evdə uduzub (76:105). Qalib finalda "Sabah"la qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər