ABL: XII tur start götürür

ABL: XII tur start götürür

Bu gün Azərbaycan Basketbol Liqasında XII tur bu gün start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk gündə bir görüş keçiriləcək. 

Günün yeganə matçında A qrupunda yer alan "Sərhədçi" ilə "Abşeron" münasibətlərinə aydınlıq gətirəcəklər.

Oyun "Sərhədçi" İdman Mərkəzində baş tutacaq və saat 19:00-da start götürəcək. 

"Abşeron" 15 xalla 5-ci, "Sərhədçi" 16 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, tura yanvarın 26-da yekun vurulacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər