ABL: "Neftçi" "Abşeron"u yendi

ABL: "Neftçi" "Abşeron"u yendi

Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Fanat.Az xəbər verir ki, Bakı İdman Sarayında "Neftçi" "Abşeron"la üz-üzə gəlib.

Görüş "ağ-qaralar"ın 97:93 hesablı qələbəsi ilə başa çatıb.

Seriyada iki qələbə qazanan komanda adını finala yazdıracaq. Tərəflər arasında növbəti matç aprelin 29-da baş tutacaq.

Qeyd edək ki, ötən gün yarımfinal mərhələsinin ilk görüşündə "Sabah" "Şəki"yə 86:73 hesabı ilə qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər