ABL: "Naxçıvan" "Neftçi"ni yendi

ABL: "Naxçıvan" "Neftçi"ni yendi

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025 mövsümünün açılış turunda "Naxçıvan" "Neftçi" üzərində qələbəyə sevinib.

Fanat.Az xəbər verir ki, qarşılaşma Naxçıvan təmsilçisinin 84:79 hesablı qələbəsi ilə yekunlaşıb.

A qrupunda yer alan komandaların görüşü Bakı İdman Sarayında reallaşıb.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. ABL-də 12 komanda mübarizə aparır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər