ABL: "Gəncə" "Şəki"ni qəbul edir

ABL: "Gəncə" "Şəki"ni qəbul edir

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunları bu gün start götürəcək.

Fanat.Az xəbər verir ki, "Gəncə" "Şəki"ni qəbul edəcək.

Görüş Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək. Tərəflərin birinci qarşılaşması "Şəki"nin 85:84 hesablı qələbəsi ilə bitib.

Cütün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər