ABL: Autsayderlər üz-üzə, “Neftçi”nin “Naxçıvan” sınağı

ABL: Autsayderlər üz-üzə, “Neftçi”nin “Naxçıvan” sınağı

Bu gün Azərbaycan Basketbol Liqasında 11-ci turun daha 3 oyunu keçiriləcək.

Fanat.Az xəbər verir ki, əvvəlcə A qrupunun autsayderləri NTD və “Abşeron” üz-üzə gələcəklər.

Görüş saat 12:30-da baş tutacaq.

Ardınca "Naxçıvan" "Neftçi" ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 16:30-da səslənəcək. A qrupunun hər iki matçı "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.

Günün son görüşündə "Sumqayıt" "Ordu"nu sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək B qrupunun qarşılaşması saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun açılış matçında "Sabah" "Sərhədçi"ni 85:78 hesabı ilə məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər