Abduləzimovadan ÇL-də beş xal, komandası...

Abduləzimovadan ÇL-də beş xal, komandası...

Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş" komandasının heyətində Çempionlar Liqasında növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, ölkə çempionu qrup mərhələsinin 5-ci turunda İtaliyanın “Konegliano” klubuna 1:3 hesabı ilə uduzub. Yığmamızın kapitanı komandasına matç ərzində 5 xal qazandırıb.

Üç xalı olan "Vaşaş" qrup sonuncusudur. 15 xala malik “Konegliano” isə vaxtından əvvəl qrupda birinci yeri təmin edib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər