Ağabala Ramazanov "Səbail"in oyununda

Ağabala Ramazanov "Səbail"in oyununda

Misli Premyer Liqasının XII turu çərçivəsində "Kəpəz" "Səbail"i qəbul edir. 

Fanat.Az-ın məlumatına görə, görüşü stadiondan canlı izləyənlər arasında Ağabala Ramazanov da var. 

Uzun müddətdir yaşıl meydanlardan kənarda qalan 30 yaşlı forvard kapitanı olduğu "Səbail"ə vacib oyunda tribunadan dəstək verir. 

Xatırladaq ki, Premyer Liqanın XII turunda "Turan Tovuz"la matçda başından ciddi xəsarət alan Ağabala Ramazanov üçün mövsüm bitib.     

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər