Ağa deyir sür dərəyə, "Neftçi" sürür dərəyə...

Ağa deyir sür dərəyə, "Neftçi" sürür dərəyə...

Mahir Şükürovun "Neftçi"dən getmək ehtimalı ilə bağlı məlumat vermişdik. Klub rəsmiləri mətbuata açıqlamasında futbolçu ilə müqavilənin bitdiyini, onun başqa kluba keçə biləcəyini bildirmişdi. Lakin qeyd etmişdik ki, Mahir tezliklə yeni müqavilə imzalayacaq və "Neftçi"də qalacaq.

Bu xəbərimizi gücləndirəcək yeni məlumatlar əldə etmişik. Fanat.az-a məlumat verən mənbə bildirir ki, baş məşqçi Böyükağa Hacıyev Mahiri sevmir və komandasında görmək istəmir. Heç "Neftçi" rəhbərliyi də onunla yeni müqavilə bağlamaqda həvəsli deyil. Amma...

Berti Foqts Mahirin komandada qalmasını istəyir. Çünki Mahir indiyədək iddialı klublardan "İnter", "Xəzər Lənkəran", "Qəbələ"də oynayıb və heç də yaxşı ad qoymayıb. Bu səbəbdən onun yenidən bu iddialı klublardan birinə keçməsi mümkün deyil. Əvəzində Şükürov Berti Foqtsun sevimli oyunçularından, yığmamızda qalmasının əsas səbəbkarlarından biridi. Alman çalışdırıcı məhz bu səbəbdən onun "Neftçi"də qalmasını futbolumuzunn başbilənlərindən tələb edir. Hamıya məlumdu ki, "Neftçi"nin sahibi SOCAR - yəni Rövnəq Abdullayevdi. Belə olan halda "Neftçi"nin Şükürovdan imtina etməsi mümkün deyil. Necə deyərlər, ağa deyir sür dəyərə, sür dərəyə...

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər