AÇ: Azərbaycan komandası 1/4 finalda

AÇ: Azərbaycan komandası 1/4 finalda

Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında qrup mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, Azərbaycanın ASAPES komandası sonuncu turda Norveçin Elm və Texnologiya Universiteti komandasına 9:4 hesablı ilə qalib gəlib.

ASAPES bu qələbə sayəsində 1/4 finala vəsiqəni rəsmiləşdirib.

Xatırladaq ki, ASAPES tələbələri daha öncə Böyük Britaniyanın “Bristol Universiteti” kollektivinə 10:2, Portuqaliyanın “Minho Universiteti” kollektivinə isə 3:1 hesabı ilə qalib gəlmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər