Bu gün AÇ-2024-ün seçmə mərhələsində 4-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı F qrupunda iki oyun olub. Qrupun lideri Avstriya millisi İsveçi qəbul edib və 2 cavabsız qolla qalib gəlib.
Üç gün əvvəl Bakıda Azərbaycan yığması ilə heç-heçə edən Estoniya isə evdə Belçika ilə qarşılaşıb. Estonlar doğma meydanda darmadağına üzülüblər.
AÇ-2024-ün seçmə mərhələsi 20 iyun
A qrupu Şotlandiya – Gürcüstan 2:0 Qol: Makqreqor, 6. Maktominay, 47. Norveç – Kipr 3:1 Qol: Solbakken, 12. Haland, 56-pen; 60 – Kastanos, 90+3. Xal: Şotlandiya – 12. Gürcüstan – 4. Norveç – 4. İspaniya – 3. Kipr – 0.
E qrupu Moldova – Polşa 3:2 Qol: Nikolaesku, 48; 79. Baboqlo, 85 – Milik, 12. Levandovski, 34. Farer adaları – Albaniya 1:3 Qol: Faero, 45+1 – Bayrami, 20. Asllani, 51. Muçi, 90+2. Xal: Çexiya – 7. Albaniya – 6. Moldova – 5. Polşa – 3. Farer adaları – 1.
F qrupu Avstriya – İsveç 2:0 Qol: Baumqartner, 81; 89. Estoniya – Belçika 0:3 Qol: Lukaku, 37; 40. Bakayoko, 90. Xal: Avstriya – 10. Belçika – 7. İsveç – 3. Estoniya – 1. Azərbaycan – 1.
G qrupu Macarıstan – Litva 2:0 Qol: Varqa, 32. Salai, 83. Bolqarıstan – Serbiya 1:1 Qol: Despodov, 47 – Lazoviç, 90+6. Xal: Macarıstan – 7. Serbiya – 7., Monteneqro – 4. Bolqarıstan – 2. Litva – 1.
J qrupu İslandiya – Portuqaliya 0:1 Qol: Ronaldo, 89. Bosniya və Herseqovina – Lüksemburq 0:2 Qol: B.Sançes, 4. Sinani, 74. Lixtenşteyn – Slovakiya 0:1 Qol: Vavro, 45+1. Xal: Portuqaliya – 12. Slovakiya – 10. Lüksemburq – 7. Bosniya və Herseqovina – 3. İslandiya – 3. Lixtenşteyn – 0.