AÇ-2024: Azərbaycan Belçikaya məğlub oldu

AÇ-2024: Azərbaycan Belçikaya məğlub oldu

Bu gün futbol üzrə Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Canni De Byazinin komandası V tur çərçivəsində Belçika seçməsini qəbul edib.

Qrupun favoriti Mərdəkanda xal itirmək niyyətində deyildisə, ilk üç oyunda 1 xal qazana bilən təmsilçimiz "qırmızı iblislər"i büdrətmək üçün bacardığını edib. Amma qarşılaşma qonaqların qələbəsiylə yekunlaşıb.

AÇ-2024-ün seçmə mərhələsi V tur F qrupu

Azərbaycan – Belçika 0:1 Qol: Yannik Karrasko, 37. Baş hakim: Nenad Minakoviç (Serbiya). Bakı, “Dalğa Arena”

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 4. Bəhlul Mustafazadə, 15. Rahil Məmmədov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 8. Emin Mahmudov, 17. Toral Bayramov, 20. Aleksey İsayev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev. Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Yusif İmanov, 2. Yusif Nəbiyev, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Elvin Camalov, 18. Rüstəm Əhmədzadə, 19. Filip Ozobiç, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı. Baş məşqçi: Canni De Byazi. Belçika: 12. Koen Kastels, 4. Vout Fas, 5. Yan Vertongen, 3. Artur Teat, 21. Timoti Kastan, 6. Amadou Onana, 8. Yuri Tilemans, 11. Leandro Trossard, 10. Yannik Karrasko, 19. Yohan Bakayoko, 9. Romelu Lukaku. Ehtiyat oyunçular: 1. Tomas Kaminski, 13. Mats Sels, 2. Zeno Debast, 7. Ceremi Doku, 14. Dodi Lukebakio, 15. Olivye Deman, 16. Amin əl-Dahil, 17. Şarl de Ketelar, 18. Orel Manqala, 20. Lois Openda, 22. Uqo Siqet, 23. Mişi Batşuayi. Baş məşqçi: Domeniko Tedesko.

Möv
Komanda  O Q H M VQ BQ Fərq XAL
1
 
Avstriya
4 3 1 0 9 3 6 10
2
Belçika
3 2 1 0 7 1 6 7
3
İsveç
3 1 0 2 5 5 0 3
4
Estoniya
3 0 1 2 2 6 -4 1
5
Azərbaycan
3 0 1 2 2 10 -8 1

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər