Avstraliyalı 99 yaşlı üzgüçü Corc Korones Queenslandda keçirilən atletika yarışında öz yaş kateqoriyası üzrə dünya rekordu qırıb.
Fanat.Az xəbər verir ki, 50 metrə qaçış yarışlarında 56.12 saniyə nəticə göstərən Corc bundan əvvəlki rekordu 35 saniyə üstələyib. Bundan əvvəlki rekordun sahibi 1.31.19 saniyə ilə britaniyalı Con Harrisona məxsus idi.
Rekordu ilə bağlı danışan 99 yaşlı idmançı 2-ci Dünya müharibəsi zamanı idmandan uzaqlaşdığını və 80 yaşında yenidən hovuza döndüyünü bildirib: "Nəticəyə görə çox xoşbəxtəm. Hər kəsə örnək göstəridəcək bir nəticə göstərdim".
Qeyd edək ki, aprel ayında Corc Koronesin 100 yaşı tamam olacaq.
Fanat.Az