8 qol vuruldu, "Sumqayıt" "Sumqayıt"ı uddu

8 qol vuruldu, "Sumqayıt" "Sumqayıt"ı uddu

Topaz Premyer Liqasının 4-cü turunda doğma azarkeşləri qarşısında "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" hazırlığını davam etdirir. Fanat.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi bu oyuna hazırlıq məqsədi ilə əvəzedici komanda ilə yoxlama oyunu keçirib. 

Qarşılaşma 5:3 hesabı ilə əsas komandanın xeyrinə başa çatıb. Dünən axşam fitness zalında hazırlığını davam etdirən "Sumqayıt" bu gün istirahət edəcək. Heyətdə zədəli futbolçu yoxdur. Komandamız sabah "Kapital Bank Arena"da 10.30-da növbəti məşqinə çıxacaq.

Qeyd edək ki, "Sumqayıt" - "Zirə" oyunu sentyabrın 13-də "Kapital Bank Arena"da keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər