7 qol vuruldu, "Sumqayıt" macarlara uduzdu

7 qol vuruldu, "Sumqayıt" macarlara uduzdu
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" ilk yoxlama oyununu keçirib.
Fanat.Az xəvər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Macarıstanın "Kaposvar" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Sumqayıt"ın qollarını 14-cü dəqiqədə Mehdi Şərifi, 68-ci dəqiqədə Xəyal Nəcəfov, 76-cı dəqiqədə Amil Yunanov vurub.
Qeyd edək ki, "Sumqayıt" yanvarın 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də Polşanın "Arka", 25-də isə Qazaxıstanın "Şaxtyor" (Karaqanda) kollektivi ilə qarşılaşacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər