5:0 "Qəbələ"yə 4 min manat bahasına başa gəlib

5:0 "Qəbələ"yə 4 min manat bahasına başa gəlib

AFFA-nın İntizam Komitəsi "Qəbələ" klubunu 3 min 200 manat məbləğində cərimələyib.

Fanat.Az xəbər verir ki, buna bölgə təmsilçisinin günahı ucbatından IV turda "Səbail"lə ev oyununun gec başlaması səbəb olub.

Bundan başqa, "Qəbələ"nin 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə ilə cəzalanıb ki, bu da əlavə olaraq 800 manat cərimə deməkdir.

Qeyd edək ki, komitə "Qəbələ" - "Səbail" oyununda ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan qonaq komandanın futbolçusu Ədilxan Qarəhmədova 1 oyunluq cəza, paytaxt klubuna isə 200 manat cərimə kəsib.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər