50 milyonluq futbolçu "Fənərbağça"ya təklif olundu - Mourinyu amili

50 milyonluq futbolçu "Fənərbağça"ya təklif olundu - Mourinyu amili

"Çelsi"nin heyətinə düşməkdə çətinlik çəkən müdafiəçisi Ben Çiluel "Fənərbağça"ya təklif olunub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Givemesport" yayıb. 

Mənbə 27 yaşlı sol cinah oyunçusunun gözdən düşdüyünü idda edib.

"Fənərbağça"nın müntəzəm oynamaq şansı əldə etmək istəyən futbolçu ilə bağlı qərarı bilinmir. Ancaq Ferdi Kadıoğlunun gedişindən sonra İstanbul nəhənginin sol cinah müdafiəçisinə ehtiyacı olduğu bildirilir.

Mourinyunun "Çelsi" keçmişi sayəsində bu transfer mümkün görünür. Lakin sövdələşmənin daimi və ya icarə əsasında olacağı bəlli deyil.

Çiluel ötən mövsüm cəmi 21 matçda (1172 dəqiqə) meydanda olub və 1 məhsuldar ötürmə edib.

"Çelsi" Çilueli 2020-ci ilin yayında "Lester"dən 50 milyon 200 min avroya transfer edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər