37 yaşlı keniyalıdan marafonda yeni dünya rekordu

37 yaşlı keniyalıdan marafonda yeni dünya rekordu

Keniyalı marafonçu Eliud Kipçoqe yeni dünya rekordu müəyyənləşdirib.

Fanat.Az xəbər verir ki, 37 yaşlı idmançı Berlin marafonunda 2 saat 1 dəqiqə 9 saniyə nəticə ilə birinci yeri tutub və 2018-ci ildə analoji yarışda imza atdığı dünya rekordunu yeniləyib.

Həmin vaxt o, məsafəni 2 saat 1 dəqiqə 39 saniyəyə qət edib.

Qeyd edək ki, Kipçoqe marafonda ikiqat Olimpiya çempionu, 2008-ci il Olimpiadasının gümüş, 2004-cü il Olimpiadasının 5000 metr məsafəyə qaçışda bürünc mükafatçısıdır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər