Bu gecə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qalatasaray" - "Real" matçına diqqət olduqca böyükdü. Fanat.az xəbər verir ki, bu qarşılaşmanı 36 ölkədə təxminən 300 milyon insan izləyəcək.
Bu səbəblə İstanbul təmsilçisi 90 dəqiqə müddətində reklam yayımlağaı planlaşdırır. Bunun da nəticəsində klub milyonlarla avro qazanacaq.
Matçı yayımlayacaq kanallar isə bunlardı: AzTV (Azərbaycan), 5 Sports (İsrail), Al Jazeera Sport (Qətər), Arena Sport 3 (Xarvatiya), Arena Sport 4 (Serbiya), Armenia TV (Ermənistan), BHT (Braziliya), C+ Sport (Polşa), Digi Sport 2 (Macarıstan), Digi Sport 2 (Rumıniya), Digi Sport 2 (Slovakiya), Federalna TV (Bosniya), ITV (İngiltərə), Nova Sports (Yunanıstan), Rah-E Farda (Əfqanıstan), Ring BG (Bolqarıstan), Rustavi 2 (Gürcüstan), Sky Calcio 5 (İtaliya), Sky Sport 4 (Almaniya), Sport 1 (İsrail), Sport 1 Golf (Hollandiya), STV (İsveç), Supersport 3 (C.Afrika), TV3 (İrlandiya), TV3 Sport 2 (Danimarka), UTV (Ş.İrlandiya), Viasat Sport (İsveç), Belgacom 11+ (Belçika), Voyo Sport (Bolqarıstan), Sportsnet (Kanada), Cytavision (C.Rum), ViaPlay (Norveç), Stöd 2 (İsrail),TeleClub Sport (İsveçrə), Fox Soccer (ABŞ).
Qeyd edək ki, "Qalatasaray" - "Real" qarşılaşması Bakı vaxtilə saat 23:45-də start götürəcək.
Fanat.az