32 yaşlı mütəxəssis Çempionlar Liqasının tarixinə düşdü

32 yaşlı mütəxəssis Çempionlar Liqasının tarixinə düşdü
Almaniyanın "Leypsiq" klubunun baş məşqçisi Yulian Nagelsman Çempionlar Liqasının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, alman mütəxəssis turnirin "pley-off" mərhələsinə vəsiqə qazanan ən gənc baş məşqçi olub. O, bu uğura 32 yaş 4 ay 4 günündə imza atıb.
Qeyd edək ki, "Leypsiq" ötən axşam "Benfika" ilə ev oyununda 90-cı dəqiqəqəyə qədər 0:2 hesabı ilə geridə olsa da, məğlubiyyətdən qaçaraq (2:2) 1/8 inala çıxıb. Nagelsmanın rəhbərlik etdiyi komanda 5 turdan sonra G qrupunda birinci pillədə qərarlaşıb. Rusiya "Zenit"i və Fransa "Lion"unun 7, "Benfika"nın isə 4 xalı var. Yulian Nagelsman"Leyptsiq"ə bu ilin yayından rəhbərlik edir. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər