31 yaşlı qolkiper dünya rekordunu qıra biləcək?

31 yaşlı qolkiper dünya rekordunu qıra biləcək?

"Lill"in qapıçısı Vinsent Enyeama Fransa çempionatının son 9 matçında qol buraxmayaraq böyük uğura imza atıb. Fanat.az xəbər verir ki, 31 yaşlı qolkiper 1992/93 mövsümündə "Bordo"nun qapıçısı Qaetan Huardın əldə etdiyi 1176 dəqiqəlik quru seriyasını qırmağa yaxınlaşıb.

Nigeriyalı qapıçı Liqa 1-in 6-cı turunun "Soşo" ilə oyunda başlayan seriyası ərzində "Evyan", "Olimpik" (Lion), "Ayaçço", "Monpeley", "Nant", "Monako", "Guinqamp" və "Tuluza" matçlarında qapısını toxunulmax saxlayıb. Növbəti turda "Valensyenn"lə qarşılaşacaq "Lill" daha sonra "Olimpik" (marsel), "Bordo" və "Bastiya" ilə üz-üzə gələcək. Enyeama 19-cu turdakı "Bastiya" matçının 52-ci dəqiqəsinədək qol buraxmasa Huardın rekordunu ələ keçirəcək. 

Huardın rekorduna bundan əvvəl PSJ-nin qapıçısı Salvatore Siriqu yaxınlaşmışdı. Ötən mövsüm (17 noyabr 2012 - 8 fevral 2013) 949 dəqiqə qapısını toxunulmaz saxlayan italyan qolkiperin seriyası "Bastiya" matçında başa çatmışdı. Əvəzində o, Luk Ettorinin 1992/93 mövsümündəki 899 və Bruno Martininin 1987/88 mövsümündəki 892 dəqiqəlik rekordlarını qıraraq ikinci sıraya yüksəlib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər