"Sumqayıt" kapitanı ilə müqaviləni yenilədi - RƏSMİ

"Sumqayıt" kapitanı ilə müqaviləni yenilədi - RƏSMİ
2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt” ilk olaraq kapitanla müqaviləni yeniləyib.
 
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Vurğun Hüseynov növbəti mövsümdə də komandada çıxış edəcək.
Qeyd edək ki, Vurğun Hüseynov "Sumqayıt” FK-nın tarixində ən çox oyun keçirən futbolçudur. 2013-cü ildə "Xəzər Lənkəran”la oyunda komandamızda debüt edən təcrübəli müdafiəçi ümumilikdə 180 qarşılaşmada meydana çıxıb. O, 1 dəfə qol vurmağa da müvəffəq olub. Vurğun həmçinin Azərbaycanın U-21 və "A” millilərində də çıxış edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər