"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı açıqlandı

"Sumqayıt" - "Qəbələ" oyununun vaxtı açıqlandı
Azərbaycan Premyer Liqasının XI turundan təxirə salınmış "Sumqayıt” – "Qəbələ” matçının tarixi bəlli olub.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma noyabrın 30-da olacaq.
"Kapital Bank Arena"dakı görüş saat 16:00-da başlayacaq.
Qeyd edək ki, noyabrın 27-də keçirilməli olan matç bəzi futbolçularda koronavirus testinin pozitiv çıxması səbəbindən təxirə salınmışdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər