"Qarabağ" 90+5-də qurtuldu, "Sumqayıt" lider oldu

"Qarabağ" 90+5-də qurtuldu, "Sumqayıt" lider oldu
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IV tura start verilib. 
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Son ölkə çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub. 
 
"Köhlən atlar"ın zədəli futbolçuları - Rahil Məmmədov, Mahir Emreli, Xayme Romero və Abdullah Zubir qarşılaşmada iştirak etməyib. "Sumqayıt"da isə qapıçı Mehdi Cənnətov eyni səbəbdən oyunu buraxıb.  
Görüş yetərincə maraqlı alınıb. Bütün qollar matçın ikinci yarısında vurulub. "Kimyaçılar" 2 dəqiqəyə sığan 2 qolla önə keçsələr də, müdafiə olunmaqla qələbə hesabını qoruya bilməyiblər. Öncə Kavbena ilə fərqi azaldan ağdamlılar 90+5-ci dəqiqədə yenilgidən qurtula bilib. Qazandığı xal sayəsində meydan sahibləri ən azı bir günlük turnir cədvəlinin şəriksiz liderinə çevrilib. Qurban Qurbanovun koamandası isə 5-ci yerdə qalıb.
Premyer Liqa
2020/21 mövsümü
I dörə, IV tur
25 sentyabr
Sumqayıt - Qarabağ 2:2
Qollar: Əli Qurbani, 52. Camaləddin Xocaniyazov, 54 - Ovusu Kvabena, 59. Filip Ozobiç, 90+5.
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov.
Hakim-inspektor: Ruhulla Kərimov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
"Kapital Bank Arena".
 
Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Qeyd edək ki, turun "Keşlə - "Zirə" və "Səbail" - "Sabah" matçları sentyabrın 26-da, "Neftçi" - "Qəbələ" dueli isə sentyabrın 27-də gerçəkləşəcək. 
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Sumqayıt

4

2

1

1

6:4

7

2

Sabah

3

2

0

1

5:2

6

3

Neftçi

3

2

0

1

4:4

6

4

Keşlə

3

1

2

0

1:0

5

5

Qarabağ

4

1

2

1

5:4

5

6

Zirə

3

1

1

1

3:4

4

7

Qəbələ

3

0

2

1

1:4

2

8

Səbail

3

0

0

3

3:6

0

Bombardirlər

Əli Qurbani (Sumqayıt), - 4. Namiq Ələsgərov (Neftçi) - 3. Mahir Emreli (Qarabağ) - 2.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər