Azərbaycan klubu adını dəyişdi

Azərbaycan klubu adını dəyişdi
Futzal üzrə Azərbaycan çempionatında çıxış edən daha bir komanda adını dəyişib. 
Fanat.Az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, Birinci Liqada çıxış edən "Şərq” komandası ikinci dövrədən yeni adla çıxış edəcək.
Paytaxt təmsilçisi bundan sonra etibarən yeni ad altında çıxış edəcək. Belə ki, komanda ikinci dövrədən "Sabunçu” MFK adlanacaq.
Klub rəhbərliyi bununla bağlı Azərbaycan Futzal Federasiyasına müraciət edib. Artıq komandanın adının dəyişdirilməsi ilə bağlı AFFA-nın qeydiyyat şöbəsinə də müraciət olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər