"Qəbələ"dən daha bir çempionluq

"Qəbələ"dən daha bir çempionluq

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 Liqası başa çatıb.

 

 

Fanat.Az xəbər verir ki, turnirin finalında "Qəbələ” və "Neftçi”nin 13 yaşadək futbolçulardan ibarət komandaları qarşılaşıblar. Oyun bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Final matçının ardından mükafatlandırma mərasimi keçirilib. "Qəbələ”nin futbolçularına qızıl medallar və çempionluq kuboku verilib.

 

 

Paytaxt zonasından final mərhələsinə yüksələn "qırmızı-qaralar”ın 1/8 finalda Mingəçevir UGİM-ini (3:0, 3:0), 1/4 finalda "Sumqayıt”ı (4:0, 2:3), yarımfinalda "Səbail”i (2:2, 0:0) mübarizədən kənarlaşdırdığını vurğulayaq.

 

 

Onu da qeyd edək ki, bu mövsüm "Qəbələ"nin U-19 komandası da çempion olub.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər