Azərbaycan Rusiyaya uduzdu

Azərbaycan Rusiyaya uduzdu
İranda futzal üzrə "4 Top Nations” turnirində ikinci tur oynanılır. Fanat.Az xəbər verir ki, milli komandamız ikinci oyununda Rusiya ilə qarşılaşıb.
 
İlk matçda İran yığması ilə 3:3 hesablı bərabərliyə razılaşan Joze Alesio Da Silvanın yetirmələri Qazaxıstanla eyni nəticəyə imza atan şimal qonşularımıza uduzublar - 3:4.
 
Aktivində 1 xal olan millimiz növbəti oyununu dekabrın 6-da, Bakı vaxtı ilə saat 09.30-da Qazaxıstan yığmasına qarşı keçirəcək. 
  
Azərbaycan - Rusiya 3:4
Qollar: Everton Kardoso, 22:40. Rafael Karvalyo, 27:30. Uilyams Oliveyra, 39:10 - İvan Molivanov, 15:23. Dmitri Lıskov, 16:04; 30:27. Artyom Niyazov, 34:21.
Azərbaycan: 12. Rövşən Hüseynli, 3. Tiaqo Martins, 6. Eduardo Borqes, 8. Rizvan Fərzəliyev (k), 9. Qabriel Bastos.
Ehtiyat oyunçular: 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. İsa Atayev, 5. Renat Sultanov, 7. Ramiz Çovdarov, 10. Uilyams Oliveyra, 13. Everton Kardoso, 15. Seymur Məmmədov, 18. Rafael Karvalyo.
Baş məşqçi: Alesio da Silva.
Rusiya: 12. Dmitri Putilov, 2. Vladislav Şayxmetov (k), 4. Dmitri Lıskov, 9. Sergey Abramov, 11. Artyom Niyazov.
Ehtiyat oyunçular: 1. Nikolay Balaşov, 7. İvan Molivanov, 3. Yanar Əsədov, 17. Andrey Batirov, 18. Andrey Afanasyov, 5. Ruslan Kudziyev, 13. Sergey Abramoviç, 8. Andrey Ponkratov.
Baş məşqçi: Sergey Skoroviç.
Hakimlər: Esmael Kamarbaste, Mohammadali Tarahhomi, Reza Vosoqi (İran)
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər