"Sumqayıt"da yeni müqavilə

"Sumqayıt"da yeni müqavilə

Mövsümün başa çatmasına 1 tur qalmasına baxmayaraq "Sumqayıt" 2017/18 mövsümü üçün heyətini müəyyənləşdirmək üçün çalışmalara başlayıb. 

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi ilk olaraq kapitan Vurğun Hüseynovla müqavilə imzalayıb. 29 yaşlı müdafiəçi yeni 1 illik sazişə imza atıb. 

4 mövsümdü "Sumqayıt"ın şərəfini qoruyan Vurğun 2016/17 mövsümündə 27 oyuna çıxıb və 2430 dəqiqə meydanda olub. Kapitan ümumilikdə isə "Sumqayıt"nın heyətində 111 qarşılaşmada meydana çıxıb. 

Xatırladaq ki, Vurğun Hüseynovun "Sumqayıt"da debütü 2013-cü il avqustun 4-də gerçəkləşib. O, “Xəzər Lənkəran”la ev matçında (1:1) 90 dəqiqə meydanda mübarizə aparıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər