"Qəbələ"də iki itki

"Qəbələ"də iki itki
"Qəbələ" iki itki ilə üzləşib. Fanat.a xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Ürfan Abbasovla Ermin Zetsin xidmətindən məhrum olub.
Hər iki futbolçu cəzalı duruma düşüb. Ürfan AZAL-la oyunun 67-ci dəqiqəsində qeyri-idman hərəkətinə, Ermin 84-cü dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. Cari mövsümdə 4-cü "sarı"nı alan futbolçular XXVIII turun "İnter"lə oyununu buraxacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər