"Sumqayıt"ın iki rəqibi müəyyənləşdi

"Sumqayıt"ın iki rəqibi müəyyənləşdi
"Sumqayıt" Premyer Liqanın III dövrəsi üçün hazırlığa start verir. Fanat.az xəbər verir ki, Samir Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 5-dən etibarən təlim-məşq toplanışının birinci mərhələsinə start verəcək. 
"Sumqayıt" sabah saat 14.00-da "Kapital Bank Arena"da yeni ildə ilk məşqinə çıxacaq. Komanda hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. 
Artıq 2 yoxlama oyununun tarixi məlumdu. Komanda yanvarın 9-da saat 11.00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16.00-da isə "Sumqayıt" AZAL-la səfərdə qarşılaşacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər