Daha bir futbolçu "Sumqayıt"dan getdi

Daha bir futbolçu "Sumqayıt"dan getdi

"Sumqayıt" daha bir futbolçusu ilə yollarını ayırıb. Fanat.az хəbər verir ki, Tural Rzayev də komandanı tərk edib.

Bu "Sumqayıt"ın yollarını ayırdığı 3-cü futbolçu olub. Turaldan əvvəl Elnur Abdulovla Fuad Məmmədzadə də "gənclik şəhəri" təmsilçisini tərk etmişdi.

Qeyd edək ki, yayda "Qarabağ"dan "Sumqayıt"a keçən Rzayev 9 oyunda 421 dəqiqə forma geyinib. 20 yaşlı hücumçu bu oyunlarda rəqib qapıçıları məyus edə bilməyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər