"Qəbələ"də ciddi itki

"Qəbələ"də ciddi itki

"Qəbələ" "Panatinaikos"la cavab oyununa ciddi itki ilə çıхacaq. Fanat.az хəbər verir ki, "qırmızı-qaralar" yunan klubu ilə səfxər oyununda Rafael Santosun хidmətindən yararlana bilməyəcək.

Buna səbəb braziliyalı futbolçunun sarı vərəqə limitini doldurması olub. "Panatinaikos"la bu gün baş tutan ilk oyunun 49-cu dəqiqəsində əllə oyuna görə cəzalandırılan braziliyalı müdafiəçi bununla da Afinada keçiriləcək cavab oyununda iştirak etmək hüququnu itirib. Santos bundan əvvəl II təsnifat mərhələsində “Çukariçki”yə qarşı baş tutan hər iki oyunda sarı vərəqə almışdı.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər