"Qəbələ"nin sifariş ərizəsi - SİYAHI

"Qəbələ"nin sifariş ərizəsi - SİYAHI

"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsi üçün sifariş ərizəsini UEFA-ya göndərib. Fanat.az хəbər verir ki, bölgə klubu siyahıya 20 futbolçunun adını salıb.

"Qəbələ" 10 yeni transferinin hamısının adını siyahıya salıb. 20 futbolçudan 3-ü qapıçı, 8-i müdafiəçi, 7-i yarımmüdafiəçi, 2-si isə hücumçudu.

Qeyd edək ki, “Qəbələ” iyulun 2-də səfərdə Tbilisi "Dinamo"sunun qonağı oalcaq. Mövcud qaydalara əsasən təmsilçimiz ilk oyunun start fitinə 24 saat qalmışa qədər əlavə 1 futbolçu da sifariş edə bilər.

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 30. Anar Nəzirov.

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 7. Ruslan Əmircanov, 8. Məhəmməd Mirzəbəyov, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 25. Vitali Vernidub, 34. Ürfan Abbasov, 44. Rafael Santos.

Yarımmüdafiəçilər: 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 10. Dodo, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov.

Hücumçular: 9. Sergey Zenyov, 69. Aleksey Antonov.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər