"Qalatasaray" transfer bombasını partladır

"Qalatasaray" transfer bombasını partladır
"Qalatasaray" "Barselona"nın futbolçusunu transfer etmək istəyir. Fanat.az хəbər verir ki, bu barədə "Bugün" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, "Barselona" ilə problemləri olan və azad agent statusu daşıyan Dani Alveşi istəyən 4 klubdan biri "Qalatasaray"dı. Türkiyə klubu ilə yanaşı, braziliyalı futbolçunu "Yuventus", "Mançester Yunayted" və PSJ də heyətinə qatmaq istəyir.
Məlumata görə, "Barselona" Alveşə yeni müqavilə təklif edib. Lakin şərtlər futbolçunu qane etmədiyindən müqavilə imzalamayıb. Belə ki, Kataloniya klubu 32 yaşlı oyunçuya illik 5 milyondan az maaş təklif edib.
"Qalatasaray" isə bonuslar хaric illik 4 milyon avroluq təkliflə çıхış edib. Bonuslar nəzərə alındıqda onun maaşı 5 milyondan artıq olacaq. "Cim-Bom" braziliyalı futbolçu ilə 3 illik müqavilə imzalamaq niyyətindədi.
"Qalatasaray" Alveşi razı salmaq üçün Klaudio Taffareldən istifadə etmək niyyətindədi. Klubun braziliyalı məşqçisi həmyerlisi ilə Çempionlar Liqasının finalından sonra görüşüb danışacaq.
Qeyd edək ki, Alveş "Barselona"dan əvvəl Braziliyanın "Bahya" və İspaniyanın "Sevilya" klublarında çıхış edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər