"Neftçi"nin Avropa Liqasının play-off mərhələsindəki rəqibi müəyyənləşib. Azərbaycan Kubokunun qalibi bu mərhələdə Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaq. Fanat.az "Neftçi"nin rəqibi barədə məlumatları təqdim edir.
"Partizan" futbol klubu 4 oktyabr 1945-ci ildə Serbiyanın paytaxtı "Belqrad"da yaradılıb. Komanda Serbiyanın ən titullu klublarından biridi. Belə ki, "Partizan" 11 dəfə Yuqoslaviya, 8 dəfə Serbiya və Çernoqoriya, 6 dəfə Serbiya çempionu olub. Maraq üçün qeyd edək ki, onların əzəli rəqibi "Srvena Zvezda 19 dəfə Yuqoslaviya, 5 dəfə Serbiya və Çernoqoriya, 2 dəfə Serbiya çempionudu. "Partizan" çempionluq sayında əzəli rəqibindən bir dəfə geri qalır - 26:25.
Belqradlılar 5 dəfə Yuqoslaviya, 4 dəfə Serbiya və Çernoqoriya, 3 dəfə Serbiya kubokuna sahib çıxıb. "Neftçi"nin rəqibi 1965/66 mövsümündə Çempionlar Kubokunun finalında oynayıb. Burda "Real"a 1:2 hesabı ilə yenilən serblər gümüş medallarla kifayətlənib.
Serbiya təmsilçisi 2013/14 mövsümündə "Srvena Zvezda"dan 1 xal geri qalaraq ikinci pilləni tutub. Lakin "Srvena Zvezda" avrokuboklardan kənarlaşdırıldığı üçün ölkəsini Çempionlar Liqasında təmsil edib. II təsnifat mərhələsində Farer adalarının "Torşavn" klubunu mübarizədən kənarlaşdıran (3:0, 3:1) Belqrad klubu III təsnifat mərhələsində Bolqarıstanın "Ludoqorets" klubu ilə üz-üzə gəlib. İlk oyun 0:0, cavab matçı 2:2 hesabı ilə başa çatıb və bolqarlar səfər qolu sayəsində mərhələ adlayıb.
Komanda ev oyunlarını Belqraddakı "Partizan" stadionunda keçirir. Arena 22 dekabr 1951-ci ildə istifadəyə verilib, 1998, 2011 və 2014-cü illərdə təmir olunub. Stadionun azarkeş tutumu 40 min nəfərdi.
"Partizan"ın baş məşqçisi Marko Nikoliçdi. Əvvəllər Serbiyanın U-18 yığmasını və müxtəlif klublarını çalışdırmış 35 yaşlı serb mütəxəssis 2013-cü ildən bu komandaya başçılıq edir.
Belqrad klubunun kapitanı Saşa İliçdi. "Qalatasaray", "Selta" və "Zalsburq" klublarında forma geyinmiş yarımmüdafiəçi karyerasına "Partizan"da başlayıb (1996-2005). 36 yşalı futbolçu 2010-cu ildə yenidən komandaya dönüb.
"Partizan"ın heyətində Çernoqoriya, Kot`D-İvuar və Sloveniyadan 5 legioner çıxış edir.
Qapıçılar: Zivko Zivkoviç, Filip Klyayiç, Milan Lukaç (hamısı Serbiya).
Müdafiəçilər: Branko Paulyeviç, Miroslav Vuliçeviç, Nemanya Petroviç, Voyislav Stankoviç, Branislav Traykoviç, Miroslav Boqoşavaç, Miladin Stevanoviç, Miloş Ostoyiç (hamısı Serbiya), Vladimir Volkov (Çernoqriya), Branko İliç (Sloveniya).
Yarımmüdafiəçilər: Predraq Luka, Darko Braşanaç, Nikola Ninkoviç, Andriya Zivkoviç, Saşa Lukiç, Saşa Markoviç, Saşa İliç, Ivan Petroviç, Nikola Qulan, Danilo Pantiç (hamısı Serbiya), Petar Qrbiç, Nikola Drinciç, (ikisi də Çernoqoriya).
Hücumçular: Nemanya Koyiç, Danko Lazoviç, Nenad Marinkoviç, Petar Şkuletiç, İvan Şaponyiç (hamısı Serbiya), İsmael Fofana (Kot`D-İvuar).
Fanat.az