"Neftçi"nin rəqibini yaxından tanıyaq

"Neftçi"nin rəqibini yaxından tanıyaq
"Neftçi" Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb. Sloveniyanın "Koper" klubunu mübarizədən kənarlaşdıran Azərbaycan Kubokunun qalibi "play-off"a vəsiqə uğrunda Gürcüstan "Çixura"sı ilə qarşılaşacaq. Fanat.az "Neftçi"nin rəqibi barədə məlumatları təqdim edir.
"Çixura" klubu 1938-ci ildə yaradılıb. 78 yaşlı klub ardıcıl iki dəfə - 2013 və 2014-cü illərdə Gürcüstan Kubokunun finalına çıxıb. Lakin hər iki halda Tiflis "Dinamo"suna uduzub (1:3, 1:2). 
2013-cü ildə Gürcüstan çempionluğunu və kubokunu "Dinamo" qazandığından "Çixura" kubokun finalçısı kimi Superkubokun iştirakçısı olub. Kubokun finalında Tiflis təmsilçisinə yenilən "Neftçi"nin rəqibi bu dəfə 1:0 hesablı qələbə qazanıb.
"Çixura" Gürcüstan müstəqillik əldə etdikdən sonra 2-ci liqada iki, 1-ci liqada 10 mövsüm keçirib. Komanda ilk dəfə 2005/06 mövsümündə 1-ci liqanın qalibi olaraq güclülər dəstəsinə vəsiqə qazanıb. Lakin 2006/07 msövsümündə 12-ci pilləni turaraq aşağı liqaya yuvarlanıb. 2011/12 mövsümündə yenidən 1-ci liqanın çempionu olan "Çixura" elitaya qayıdıb. 2012/13 və 2013/14 mövsümlərində 4-cü yeri tutan "Neftçi"nin rəqibi ardıcıl 2 dəfə Avropa Liqasına vəsiqə qazanıb.
"Çixura" ötən mövsüm Avropa Liqasında bir mərhələ keçib. I təsnifat mərhələsində Lixtenşteyninin  "Vaduts" klubunu səfər qolu sayəsində mübarizədən kənarlaşdıran (0:0, 1:1) gürcülər İsveçrə "Tun"una uduzub (1:3, 0:2).
Cari mövsümün I təsnifat mərhələsində "Çixura"nın qarşısına Makedoniyanın "Turnovo" klubu çıxıb. Gürcülər bu mərhələni asanlıqla keçib (3:1, 1:0). Ardınca rəqib "Bursaspor" olub. Hər iki oyun 0:0 hesabı ilə başa çatıb və "Çixura" penalti seriyasında qələbə qazanıb - 4:1.
"Çixura"ya 56 yaşlı gürcü mütəxəssis Samson Pruidze (Soso) başçılıq edir. Komandının heyəti tamami ilə yerli futbolçulardan təşkil olunub. "Çixura"nın kapitanı Georgi Somxişvilidi. 33 yaşlı qolkiper 2012-ci ildən çıxış etdiyi komandada 59 oyun keçirib.
"Çixura"nın heyətində azərbaycanlı futbolsevərlərə yaxşı tanış olan David Odikadze çıxış edir. 33 yaşlı yarımmüdafiəçi 2009-2011-ci illərdə "İnter"də çıxış edib və 63 oyunda 7 qol vurub. Gürcüstan yığmasının sabiq üzvü 2011-ci ildə Tiflis "Dinamo"suna keçib və 2012-dən "Çixura"ya icarəyə verilib.
Qeyd edək ki, "Neftçi" ötən ay Boluda "Çixura" ilə iki yoldaşlıq oyunu keçirib. İlk matçda gələcək rəqibinə 2:3 hesabı ilə yenilən "ağ-qaralar" ikinci görüşdə heç-heçə edib - 1:1.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər