Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Koper" oyununa bilet satışı davam edir. Fanat.az xəbər verir ki, artıq 6000 bilet satılıb.
Qeyd edək ki, biletlər matçın keçiriləcəyi "Bakcell Arena"nın kassalarında satılır. Adi biletlərin qiyməti 1, VİP biletlərin qiyməti isə 10 manatdı. VİP bilet alan azarkeşlərə "Neftçi"nin azarkeş futbolkası və şərfi hədiyyə olunacaq.
Fanat.az