Yeni mövsümə hazırlıqlarını Gürcüstanın Ureki şəhərində davam etdirən “Neftçi”nin əvəzedici heyəti təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, təmsilçimiz Gürcüstan çempionatının 1-ci liqa təmsilçisi “Mertsxali” (Ozurqeti) klubu ilə qarşılaşıb.
Görüş "Neftçi"nin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib. Bakı klubunun yeganə qolunu Elvin Nəsibov vurub.
İyulun 10-dək təlim-məşq toplanışında olacaq "Neftçi" növbəti yoxlama oyununu ayın 9-da keçirəcək. Rəqibin adı hələlik bəlli deyil.
Fanat.az