Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi" klubu iyunun 12-də təlim məşq toplanışı üşün Türkiyəyə gedəcək. Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi bir neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırır.
Bu barədə açıqlama verən klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, artıq "Neftçi"nin iki rəqibi məlum olub: "Bir neçə klub yoxlama oyunu ilə bağlə bizə müraciət edib. Ancaq hələlik iki komanda ilə qarşılaşacağımız dəqiqləşib. Onlarda biri Gürcüstanın "Çixura" klubudu. Digəri isə Səudiyyə Ərəbistanını təmsil edən "Əl Taavon"du".
Qeyd edək ki, "Neftçi" təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçirəcək. Ölkə kubokunun son qalibi orada da bir neçə yoldaşlıq oyununun keçirilməyi nəzərdə tutub.
qol.az