Topaz Premyer Liqasının XXXII turunun ən yaxşı futbolçuları məlumdu. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun rəmzi komandası hazırlanıb.
Ən yaxşı "11-lik"də "Neftçi"nin üstünlüyü var. Belə ki, "ağ-qaralar"ın 6 üzvü rəmzi "Qarabağ" və "İnter" 2, "Bakı"dan isə 1 futbolçu fərqlənib. Turun ən yaxşı oyunçusu isə “Bakı”nın futbolçusu Risto Ristoviç olub.
Qapıçı: Səlahət Ağayev (İnter).
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Bədavi Hüseynov (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Mahir Şükürov (Neftçi).
Yarımmüdafiəçilər: Flavinyo (Neftçi), Rəşad Sadiqov (Neftçi), Erik Ramos (Neftçi), Samir Məsimov (Neftçi)
Hücumçular: Risto Ristoviç (Bakı), Aleksandr İaşvili (İnter).
Fanat.az