Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunlarının başlama saatı müəyyənləşib. Fanat.az xəbər verir ki, aprelin 16-də baş tutacaq qarşılaşmalara 3 saatlıq fasilə ilə start veriləcək.
Belə ki, saat 16.00-da "Qəbələ" - "Xəzər Lənkəran" matçı başlayacaq. Saat 19.00-da isə azarkeşlər "Neftçi" - "Rəvan" görüşünü izləyə biləcək.
Qeyd edək ki, yarımfinalın cavab oyunları aprelin 24-də baş tutacaq.
Azərbaycan Kuboku
2013/14 mövsümü
1/2 final (ilk oyunlar)
16 aprel
Qəbələ - Xəzər Lənkəran
Qəbələ şəhər stadionu. Saat 16.00.
Neftçi - Rəvan
"Bakcell Arena". Saat 19.00.
Fanat.az