Əvəzedici heyətlər arasında ölkə çempionatının XXIV turunun oyunları keçirilib. Fanat.az xəbər verir ki, yığmanın mart toplanışına görə bütün qarşılaşmalar eyni gündə baş tutub.
"Neftçi" bu turda "Qarabağ"ı qəbul edib. Qurban Qurbanovun bacısı oğlu Tural İsgəndərovun dublu Ağdam klubuna "ağ-qaralar" üzərində 2:1 hesablı qələbə qazandırıb.
Lider "İnter" "Xəzər Lənkəran"ın qonağı olub. Mövsümün 400-cü qolunun vurulduğu oyunda (Cəmil Hacıyev, 55) "bankirlər" 2:0 hesablı qələbəyə sevinib.
"Simurq" doğma azarkeşləri önündə "Qəbələ"ni qəbul edib. Meydan sahibləri 3-cü dəqiqədə hesabı açsa da, üstünlüyü qoruya bilməyib və 88-ci dəqiqədə qapısında qol görüb - 1:1.
"Sumqayıt" paytaxtda "Bakı"nın qonağı olub. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Tura "Rəvan" - AZAL matçı ilə yekun vurulub. 6 qolun vurulduğu oyunda qonaqlar qələbə qazanıb - 4:2.
Əvəzedici heyətlər
2013/14 mövsümü
III dövrə, XXIV tur
27 fevral
Neftçi - Qarabağ 1:2
Qollar: Cavid Muxtarzadə, 85 - Tural İsgəndərov. 42; 77.
Simurq - Qəbələ 1:1
Qollar: Oruc Balaşlı, 3 - Elvin Camalov, 88.
Xəzər Lənkəran - İnter 0:2
Qollar: Cəmil Hacıyev, 55. İlkin Sadiqov, 86.
Bakı - Sumqayıt 2:1
Qollar: Raul Yaqubzadə, 18. Elmin Əsgərli, 64 - Elmin Ağayev, 56.
Rəvan - AZAL 2:4
Qollar: Hüseyn Axundov, 63; 64 - Orxan Səfiyaroğlu, 48; 83; 87. Habil Nurəhmədov, 67.
| 1 | İnter | 24 | 16 | 3 | 5 | 72-35 | 51 |
| 2 | Qəbələ | 24 | 13 | 5 | 6 | 40-30 | 44 |
| 3 | Simurq | 24 | 12 | 7 | 5 | 44-28 | 43 |
| 4 | Xəzər L | 24 | 11 | 5 | 8 | 47-35 | 38 |
| 5 | Neftçi | 24 | 9 | 6 | 9 | 43-45 | 33 |
| 6 | Qarabağ | 24 | 9 | 4 | 11 | 33-38 | 31 |
| 7 | Rəvan | 24 | 7 | 10 | 7 | 37-37 | 31 |
| 8 | Bakı | 24 | 7 | 9 | 8 | 35-41 | 30 |
| 9 | AZAL | 24 | 5 | 4 | 15 | 32-59 | 19 |
| 10 | Sumqayıt | 24 | 3 | 3 | 18 | 26-60 | 12 |
Bombardirlər: Oruc Balaşlı (Simurq), Mirsahib Abbasov (İnter) - 15. Cavid Muxtarzadə (Neftçi) - 14. Ramil Mansurov (İnter) - 13. Tural İsgəndərov (Qarabağ) - 12. Nurxan Mənsimzadə (İnter) - 11. Ehtiram Şahverdiyev (Qəbələ) - 11.
Fanat.az