Subaşiç oynadı, "Orduspor" uddu

Subaşiç oynadı, "Orduspor" uddu

Türkiyənin PTT 1-ci liqasında XV turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Orduspor" "Samsunspor"un qonağı olub.

Oyun Ordu təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna 23-cü dəqiqədə Ziya Alkurt imza atıb. Subaşiç meydana start heyətində çıxıb və 77-ci dəqiqədə Selcuk Özkan tərəfindən əvəzlənib.

Qeyd edək ki, "Orduspor" 15 oyundan sonra xalla turnir cədvəlinə başçılıq edir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər